Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.
Qol.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.
Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub. Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.
Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olub. İlk rəqib Polşadan olan Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Ardınca London Olimpiadasının bürünc medalçısı gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Həlledici görüşdə rəqibinə uduzan idmançımız Avropa çempionatını gümüş medalla başa vurub.
57 kq çəkidə mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov ilk görüşdə Latviya təmsilçisi Eduards Kucepalovsdan üstün olub. Ardınca Ukrayna təmsilçisi Andriy Yatsenkoyla gərgin keçən görüşdə minimal hesabla məğlub olan Mahir rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılıb. Almaniyadan Marcel Evald üzərində qazandığı qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Mahir Əmiraslanovun rəqibi Rumıniyadan Andrey Dukov olub. Bu dəfə rəqibinə uduzan güləşçimiz çempionatı 5-ci pillədə tamamlayıb.
48 kq
1/8 final - Mariya Stadnik - Oleksandra Kogut (Ukrayna) - 10:0
1/4 final - Valentina İslamova (Rusiya) - Mariya Stadnik - 2:5
1/2 final - Mariya Stadnik - Elitsa Yankova (Bolqarıstan) - 9:0
FİNAL - Emilia Vuc (Rumıniya) - Mariya Stadnik - 0:10
57 kq
1/8 final - Mahir Əmiraslanov - Eduards Kucepalovs (Latviya) - 11:1
1/4 final - Andriy Yatsenko (Ukrayna) - Mahir Əmiraslanov - 9:8
Təsəlliverici görüş - Marcel Evald (Almaniya) - Mahir Əmiraslanov - 0:3
Bürünc medal görüşü - Mahir Əmiraslanov - Andrey Dukov (Rumıniya) 2:12
86 kq
1/8 final - Zbiqnev Baranovski (Polşa) - Aleksandr Qostiyev - 0:3 (rəqib görüşə çıxmayıb)
1/4 final - Dato Marsaqişvili (Gürcüstan) - Aleksandr Qostiyev - 3:4
1/2 final - Aleksandr Qostiyev - Aliaksandr Huştin (Belarus) - 3:1
FİNAL - Şamil Kudiamaqomedov (Rusiya) - Aleksandr Qostiyev - 6:2
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı