"Ayntraxt"ın yeni baş məşqçisi bəlli oldu

"Ayntraxt"ın yeni baş məşqçisi bəlli oldu
XƏBƏR 8 Mart 2016 / 17:00 4534
-  A +

Almaniyanın “Ayntraxt” klubunun yeni baş məşqçisi bəlli olub.

Qol.az-ın məlumatına görə, Frankfurt təmsilçisini Niko Kovaç çalışdıracaq.

Klubun yaydığı xəbərdə bildirilib ki, 44 yaşlı mütəxəssislə 2017-ci ilə qədər müqavilə imzalanıb. Kovaçın son iş yeri Xorvatiya yığması olub.

Qeyd edək ki, milli komandamızın üzvü Emil Balayevin də şərəfini qoruduğu “Ayntraxt” hazırda 24 xalla 16-cı pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner