Superliqa klubunda yeni baş məşqçi

Superliqa klubunda yeni baş məşqçi
XƏBƏR 8 Mart 2016 / 15:33 4486
-  A +

Türkiyə superliqa təmsilçisi "Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi vəzifəsinə Hakan Kutlu gətirilib.

O, bir müddət öncə istefa verən Tolunay Kafkası əvəzləyib. Hakan Kutlu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, "Kayserispor" superliqada geridə qalan 24 turdan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.


Son xəbərlər