“Neftçi”nin Topaz Premyer Liqadakı məğlubiyyət seriyası 3-ə çatıb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Xəzər Lənkəran” üzərində 1:0 hesablı qələbədən sonra çempionatda keçirdiyi hər 3 oyunda uduzan “ağ-qaralar” Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb. XXII turda “Qarabağ”a 0:2, ardınca “Zirə”yə 0:3 hesabı ilə yenilən bakılılar bu dəfə də “Qəbələ”dən xal ala bilməyib – 1:2.
Baş məşqçi Əsgər Abdullayevin istefası ilə nəticələnən 3 oyunluq məğlubiyyət seriyası 1992-ci ildən sonrakı dövrdə “Neftçi”nin üzləşdiyi 4-cü uğursuz dövrdür. Cari mövsümün VII-IX turlarında da ardıcıl 3 oyun yenilən bakılılar “Zirə” (0:2), “Qəbələ” (0:1) və AZAL-dan (1:2) xal ala bilməmişdi. “Neftçi”nin ilk belə uğursuzluğu 2009/10 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt paytaxt klubu “Simurq”, “Qarabağ” və “Qəbələ”nin hər üçünə eyni – 0:1 hesabı ilə yenilmişdi. 2011/12 mövsümünün sonunda “Bakı”dan 2, “Qəbələ”dən 1 cavabsız qol buraxan “Neftçi” məğlubiyyət seriyasını 2012/13 mövsümünün startında “Qarabağ”a 0:1 hesabı ilə uduzmaqla davam etdirib.
4 məğlubiyyət seriyası zamanı qeydə alınan top fərqlərinə nəzər salsaq, ən uğursuz zolaq indiyə təsadüf edib. 2009-cu ildə ardıcıl 3 məğlubiyyət ümumi 0:3, 2012-ci ildə 0:4, 2015-ci ildə 1:5 hesablı olmuşdusa, bu dəfə komanda uduzduğu 3 görüşdə 1 qol vurub, 7-ni buraxıb.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"