“Çətin oyun oldu. İki fərqli hissə oldu. Birinci hissədə rəqib hücumları ilə bizi təzyiq altında saxladı. Fasilədən sonra oyunu bərabərləşdirib, lazım olan qolları vurduq. Qalib gəldik, nəticədən razıyıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Eyyubov Topaz Premyer Liqanın 24-cü turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.
O, 3 xalı xarakter hesabına qazandıqlarını bildirib:
"Matça taktiki cəhətdən daha hazırlıqlı idik. Bu da özünü göstərdi. Əvəzetmə zamanı baş məşqçi məndən hücumda oynaya biləcəyimi soruşdu. Mənim üçün ön xətdə yer almağım gözlənilməz deyildi. Əsas olan oynayıb, komandama kömək etməyimdir. Mənim üçün hansı mövqedə yer almağım yox, meydana çıxıb, uğurlar qazanmaqda pay sahibi olmağım vacibdir. Qol epizoduna gəlincə, lazım olan anda, lazım olan yerdə qərarlaşdığımdan fərqlənə bildim. Kubokda əsas məqsəd yarımfinala adlamaqdır. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Səfərdəki ilk qarşılaşmada qalib gəlsək də, cavab oyununda da heç-heçəyə oynamayacağıq. Görüşə qələbə qazanmaq üçün çıxacağıq”.
Xatırladaq ki, “Neftçi” ilə oyunda rəqib qapısına yol tapan Rəşad Eyyubov və Rafael Santos “qırmızı-qaralar”ın heyətində ilk dəfə fərqlənib. Buna 76-cı oyununda nail olan Rafael Santos klub tarixinə qol vuran 102-ci, Eyyubov isə 103-cü futbolçu kimi düşüb. Rəşad qol hesabını 7-ci matçda açıb. Bu iki oyunçu Premyer Liqada qol sevinci yaşayan “Qəbələ”lilərin sayını 79-a çatdırıb.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"