“Oyuna gəlmək istəmirdim” – Bəhmən Həsənov

“Oyuna gəlmək istəmirdim” – Bəhmən Həsənov
ÖLKƏ FUTBOLU 6 Mart 2016 / 18:50 5232
-  A +

"Artıq əsəbdən saçım da ağarıb"

“Bir neçə futbolçuya istirahət verməyi düşünmüşdüm. Çünki kubokda mərhələ adlamaq şansımız var.  Bəzi futbolçulara şans vermişdim”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqanın 24-cü turunda “Kəpəz”ə uduzduqları oyundan (1:3) sonra deyib.

O, məğlubiyyətin səbəbini zədəli futbolçuların olması və “İnter”lə kubok oyununa daha çox diqqət ayırmaları ilə əlaqləndirib:”Əlimizə düşən imkanlardan yararlana bilmədik. Güclü külək işimizə mane oldu. Zədəlilərimiz var idi.  Orxan Lalayev hərarəti ola-ola oynayırdı. Hesabın daha da böyüməməsi üçün ikinci hissədə müdafiə futbnolu oynadıq. Rəşad Əzizovun yoxluğunda qapıçımız kobud səhvlər etdi. “Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlarda yaxşı oynamağa çalışacağıq. Kubokda şansımız var. “İnter” yaxşı komanda olsa da, meydanda mübariz “Rəvan” görəcəksiniz. Futbolçularıma iradım yoxdur. Onlara təşəkkür edirəm. Bəlkə də, mənim səhvim futbolçulara istirahət verməyimdədir.  Zədəlilərimizə görə çox əsəbi idim. İnanın, bu oyuna gəlmək istəmirdim. Əsas futbolçular olmayanda elə bil məhəllə futbolu oynayırıq. Artıq əsəbdən saçım da ağarıb. Bu da bizim qismətimizdir”.

- Sanki, çempionata önəm vermirsiniz, bütün fikirlərinizi kubok oyununa yönəltmisiniz.

- “İnter” brend komandadır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bu rəqibi keçək və kubokda yolumza davam edək.

- Ən çox hansı futbolçudan narazısınız?

- Nuran Qurbanova ümidim böyükdür. Amma stabil futbol nümayiş etdirmir. İstəyirəm ki, hər oyunda eyni futbolu oynamağı bacarsın. Ona müdafiədə futbolçu keçməyə qadağa qoymuşam. Əgər rəqibi məğlub etmək istəyirsənsə, onların mövqeyində çalışmalısan.

Daha çox


Son xəbərlər