Ronaldodan 350-ci qol

Ronaldodan 350-ci qol
XƏBƏR 6 Mart 2016 / 11:58 7325
-  A +

"Real" futbolçusu Kriştiano Ronaldo üçün İspaniya La Liqasında "Selta"ya (7:1) qarşı oyun əlamətdar olub.

Qol.Az-ın klubun saytın istinadən yaydığı xəbərə görə, sözügedən matçda pokerə imza atan portuqaliyalı hücumçu Madrid təmsilçisində 350-ci qolunu vurub.  O, bu qədər qolu 335 rəsmi görüşə vurmağı bacarıb.

Bundan başqa La Liqada vurduğu qollaın sayını 253-ə çatdıran Ronaldo çempionatın tarixində ən çox fərqlənən ikinci futbolçu Telmo Serronu geridə qoyub.

Qeyd edək ki, İspaniya çempionatları tarixində ən çox qol vuran futbolçu  Lionel Messidir .


Son xəbərlər
topaz banner