"Barselona"nın futbolçusu Arda Turan Kataloniya təmsilçisində ilk qol sevincini söz verdiyi şəkildə qeyd edib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi bundan əvvəl açıqlamasında qeyd etdiyi kimi ilk qolunu vurduqdan sonra meydanda diz çökərək səcdə edib.
Qeyd edək ki, La Liqanın 27-ci turunda "Rayo Valyekano" ilə matçın 66-cı dəqiqəsində meydana daxil olan Arda 12 dəqiqə sonra rəqibinə qarşı kobud oynadığı üçün hakim ona səhvən sarı vərəqə əvəzinə qırmızı vərəqə göstərib. Səhvini anlayan referi daha sonra qərarını dəyişərək Ardanı sarı vərəqə ilə cəzalandırıb. Oyunun 86-cı dəqiqəsində isə Arda Turan "Barselona"da ilk qoluna imza atıb.
Yuxarı
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?