Superliqa klubunun baş məşqçisi istefa verdi

Superliqa klubunun baş məşqçisi istefa verdi
XƏBƏR 4 Mart 2016 / 00:01 4110
-  A +

Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Tolunay Kafkas istefa verib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub.

Komandanın superliqanın geridə qalan 23 turundan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşmasından narazı olan rəhbərlik Kafkasın istefasını qəbul edib. 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Qeyd edək ki, Kafkas Kayseri təmsilçisi ilə 2015-ci ilin iyul ayında 2 illik müqavilə imzalayıb.


Qarabağ FK
Son xəbərlər
25.11.26  01:00

Ronaldodan 987-ci qol

topaz banner