Təbriz Həsənov: "Hücumda istədiyimiz kimi çıxış etmədik"

Təbriz Həsənov: "Hücumda istədiyimiz kimi çıxış etmədik"
ÖLKƏ FUTBOLU 3 Mart 2016 / 18:50 1780
-  A +

"Birinci hissədəki oyunumuz son 4 qarşılaşmada nümayiş etdirdiyimiz ən zəif oyun idi. Fasilədə komanda ilə söhbət etdik və ikinci hissədə nisbətən daha yaxşı oynaya bildik. Bununla belə, hücumda istədiyimiz kimi çıxış etmədik. Xüsusilə, kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı".
 
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Ukraynaya 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

T.Həsənov keçirdikləri son 4 oyunda komandadakı çatışmazlıqların nədən ibarət olduğunu gördüklərini bildirib: "Rusiya və Ukrayna yığmalarını müqayisə etsək, ikincilərin daha güclü olduğunu qeyd edə bilərəm. Keçirdiyimiz 4 oyun çatışmazlıqlarımızın nədən ibarət olduğunu daha qabarıq göstərdi. Problemləri aradan qaldırıb Avropa çempionatında yaxşı çıxış etməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər