"Real" 10 futbolçusu ilə yollarını ayırır

"Real" 10 futbolçusu ilə yollarını ayırır
XƏBƏR 3 Mart 2016 / 14:57 15850
-  A +

"Real" (Madrid) klubu mövsümün sonunda 10 futbolçu ilə yollarını ayırmağa hazırdır.

Qol.Az-ın "Sport.es"ə istinadən verdiyi məlumata görə, həmin futbolçuların siyahısında Kriştiano Ronaldo və Serxio Ramos kimi oyunçular da yer alıb.

"Kral klubu" Ronaldonu 60 milyon avroya, ispaniyalı müdafiəçini isə 25 milyon avroya satmağa razılıq verib.

Həmin futbolçularla yanaşı, Danilo, Alvaro Arbeloa, Kazemiro, İsko, Toni Kroos, Xames Rodriqes və Xese Rodriqesin də "Real"dan ayrılacağı gözlənilir.


Qarabağ FK
Son xəbərlər
25.11.26  01:00

Ronaldodan 987-ci qol

topaz banner