"Yuventus" Alleqri ilə müqavilə yeniləyir

"Yuventus" Alleqri ilə müqavilə yeniləyir
XƏBƏR 3 Mart 2016 / 14:02 2203
-  A +

"Yuventus" klubunun rəhbərliyi baş məşqçi Massimiliano Alleqrini komandada saxlamaq niyyətindədir.

Qol.Az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, Turin təmsilçisi 48 yaşlı mütəxəssisə yeni müqavilə təklif edəcək.

Tərəflər arasında razılıq əldə olunarsa, Alleqri 2019-cu ilə qədər "Yuventus"u çalışdıracaq. Rəhbərlik mövsümün sonunda komandadan gedəcəyi gözlənilən aparıcı futbolçuları da qorumağı planlaşdırır.

Qeyd edək ki, "Yuventus"da artıq ikinci ilini keçirən Alleqri ötən mövsüm komandası ilə İtaliya A Seriyası və ölkə kubokunu qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner