Millimiz dünya reytinqində irəlilədi

Millimiz dünya reytinqində irəlilədi
ÖLKƏ FUTBOLU 3 Mart 2016 / 13:16 5245
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan millisi 4 pillə irəliləyib.

Ötən ay heç bir oyun keçirməyən yığmamız hazırda 300 xalla 112-ci pillədə qərarlaşıb.

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 4-cü, Çexiya 25-ci, Şimali İrlandiya 28-ci, Norveç 51-ci və San-Marino isə 198-ci pilləsində qərarlaşıb.

Siyahının ilk pilləsində dəyişiklik olmayıb. Belçika yığması birinci pillədəki mövqeyini qoruyub. Argentina millisi ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner