Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyununda rəqib qapısına qol vuran İbrahim Qədirzadə “Xəzər Lənkəran”ın tarixinə düşüb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “ağ-yaşıllar”a 3:2 hesablı qələbə qazandıran qola imza atan futbolçu komandanın tarixində buna nail olan ən gənc futbolçu olub. Belə ki, sayca 41-ci “Böyük oyun”un taleyini həll edən İbrahim 16 yaş 11 ay 12 günlüyündə fərqlənib. Martın 21-də 17 yaşını qeyd edəcək Qədirzadə bununla da “Xəzər Lənkəran”ın 12 illik tarixinin ən gənc qolçusu adını ələ keçirib.
Bunadək rekord komandanın sabiq kapitanı Rahid Əmirquliyevə məxsus idi. O, 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə də kubokda, 2006-cı il noyabrın 20-də “Bakılı” (4:0) ilə matça təsadüf edib. Bu rekord təxminən 10 il duruş gətirsə də, gənc oyunçumuz bu göstəricini 98 gün üstələyib. Klub tarixinin 3-cü gənc qolçusu isə ötən mövsüm Topaz Premyer Liqasının VIII turunun “Bakı” ilə oyununda 17 yaş 6 ay 23 günlüyündə fərqlənən Elnur Cəfərovdur.
Azərbaycan çempionatlarında isə “Xəzər Lənkəran”ın rekordu Rahidə məxsusdur. Premyer Liqadakı ilk topunu 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vuran yarımmüdafiəçi buna 17 yaş 2 ay 20 günlüyündə nail olub.
Ümumilikdə isə İbrahim “Xəzər Lənkəran”da qol vuran 102-ci oyunçudur. “Neftçi” ilə oyunlarda yubiley – 10-cu qələbəsini qazanan “Xəzər Lənkəran”ın heyətində bu matçadək 99 futbolçu qol sevinci yaşayıb. Oyunda hesabı açan Vaquf Güləliyev klub tarixinə 100-cü qolçu kimi düşübsə, Tural Qürbətov 101-ci olub. Bu matçda debüt edən Bayram Budaqov isə ağ-yaşıl forma geyinən 208-ci oyunçu olub.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"