Bakının "İnter" klubunun prezidenti Rəşad Qasımov Azərbaycan kubokunda 1/4 finalında "Rəvan"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra Qol.az saytına müsahibə verib.
- Komandanız gözlənilmədən “Rəvan”a məğlub oldu. Sizcə, niyə nəticə belə oldu?
- Bizim üçün əsas çempionatdır. Bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Yenə də məğlub olmaq istəməzdik. Çalışarıq cavab matçında öz sözümüzü deyək və bizim üçün lazım olan nəticəni qazanaq.
- Bu oyunda komandanız elə də yaxşı təsir bağışlamadı. Bəlkə futbolçular da sizin kimi bütün diqqətini çempionata yönəldib?
- Futbolçuların “Qarabağ” kimi komandayla oyundan sonra psixoloji cəhətdən “Rəvan”a qarşı motivasiya olunması çətin idi. Həm də “Sumqayıt”la qarşıdan ağır oyun gəlir. Ola bilsin ki, məğlubiyyətin əsas səbəbi bu idi.
- UEFA ilə danışıqlar nə yerdədir?
- Hələ heç bir yenilik yoxdur.
- Sizin əsas istəyiniz nədir bu məsələdə?
- Biz UEFA-dan futbolçulara olan borcu hissə-hissə ödəməyimizi istəmişik. Hələ ki, bizə heç bir cavab verilməyib.
- UEFA-nın “İnter”i Avropa çempionatlarından uzaqlaşdırmaq ehtimalı çoxdur?
- Bu haqda hələ heç nə deyə bilmərəm. Biz də onların nə qərar verəcəyini gözləyirik.
- Nəzərə alsaq ki, “İnter” ardıcıl bir neçə ildir Avropa Liqasına yollanır. Ola bilərmi bu durum futbolçulara mənfi təsir göstərir?
- Xeyr. Qətiyyən. Əvvəlcə, avrokuboklara vəsiqə qazanmaq lazımdır. Daha sonra isə qadağa haqda düşünmək olar.
- Komandanızın qarşısına əsas hansı məqsəd qoyulub?
- Həmişə olduğu kimi turnir cədvəlinin ilk üçlüyündə qərarlaşmaq.
- Yəni kuboku qazanmaqla Avropa Liqasına getməyi düşünmürsünüz?
- Əsas yaxşı nəticə qazanmaqdır. Əslində bizim üçün fərqi yoxdur. Kubok da çempionatın bir hissəsidir. Kubokun finalına çıxsaq, təbii ki, qalib də gəlmək istərik. Ən azı bu il “Qarabağ” çempion olsa və finalda onlarla düşsək, finalist kimi də Avropa Liqasına gedə bilərik. Amma iki istiqamətdə oynamaq çətindir.
Ergün SEYİD
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"