AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsi
- Vaqif müəllim, başçılıq etdiyiniz Məşqçilər Komitəsi Gəncəyə səfər edib “Kəpəz” rəhbərliyi ilə görüşdü. İstərdik, ilk öncə səfəriniz haqda danışaq.
- Əvvəlcə onu deyim ki, bir ildən çox idi Gəncəyə yolum düşmürdü. Bütün ölkədə gedən inkişaf prosesi Nizami yurdunda da göz qabağındadır. Qürur hissi ilə qeyd edim ki, şəhəriniz tamamilə dəyişib. Bundan da yaxşı olacağına inanıram. O ki qaldı səfərimizə, layihə çərçivəsində klublarla görüşürük. Yaxşı gündə bəlkə də bu cür görüşlərə ehtiyac duyulmur. Amma biz istəyirik ki, müasir futbol kimi Azərbaycan futbolu da addım-addım inkişaf etsin. Ona görə də klublarla görüşüb, onların problemləri ilə maraqlanırıq. Aparılan işlərlə tanış olub, lazım olan yerdə tövsiyyələrimizi veririk. Klubların təklifini dinləyib, AFFA rəhbərliyinə çatdırmağa çalışırıq. Müzakirələrlə problemlərin həlli yollarını tapırıq. Gəncə futbolu ilə bağlı həllini tapmış məsələlərdən biri “Gənc qapıçılar klubu”nun fəaliyyətinin bərpa olunmasıdır. Qərb səfəri öncəsi AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən bizə bildirildi ki, martın 1-dən klub işini davam etdirməyə başlayacaq.
- “Kəpəz” klubunun rəhbərliyi ilə nəyi müzakirə etdiz?
- Öncə bir il əvvəl AFFA tərəfindən klubun elitaya qaytarılmasının çox düzgün addım olmasını bildirməliyəm. “Kəpəz”in çıxışı bunu təsdiq edir. Komandanın çoxlu sayda azarkeşi var. Ev oyunlarında 20 mindən çox tamaşaçı stadiona toplaşır. Güclü azarkeş dəstəyi göstərir ki, Gəncə böyük futbol üçün darıxıb. Şəhər futbolla yaşayır, bu, danılmazdır. Uğura gedən yol bir neçə amillərdən asılıdır. Ən vaciblərindən biri də ənənədir. Gəncə futbolunda da həmişə ənənə olub. Burada yetişən futbolçular ölkənin ən güclü klublarında, yığma komandalarda çıxış edib. “Kəpəz” Avropa Liqasına vəsiqənin bir addımlığındadır. Amma bunun üçün UEFA-nın lisenziya tələbləri var. Ən önəmlisi infrastrukturla bağlıdır. Biz bu məsələyə “Kəpəz” rəhbərliyi ilə söhbətdə toxunduq. Əgər komanda Avroliqaya vəsiqə qazansa, UEFA komandaya oyunlarını bu stadionda keçirməyə icazə verməyəcək. İndi həll edilməli ilk məsələ budur. Biz də çalışacağıq ki, AFFA və Gəncə şəhər rəhbərliyinin dəstəyi ilə bu problemi aradan qaldıraq. Hesab edirəm ki, Gəncədə müasir tələblərə cavab verən stadion olmalıdır. Ayrıca güclü, səviyyəli komanda olmalıdır və bu cür kollektiv artıq formalaşır. Müasir stadionu və güclü komandası olan Gəncə Avropada təmsil olunmaqla, sözünü deməyi bacarmalıdır. Gəncə futbolu, “Kəpəz” azarkeşi buna layiqdir. Hamımız birləşib tez bir zamanda bu məsələni həll etməliyik. Sevindirici odur ki, AFFA ilə yanaşı, klub və şəhər rəhbərliyi futbolun inkişafı üçün birgə çalışır.
- Vaqif müəllim, istərdik ki, bir qurum rəsmisi və peşəkar mütəxəssis kimi “Kəpəz”in cari mövsümdəki çıxışına qiymət verəsiz...
- “Kəpəz” yenidən çempionata qatılmaqla Premyer Liqaya rəng qatıb. Rəqabət daha da artıb. Klub rəhbərliyi və Müşahidə Şurasının üzvləri ilə birgə görüşdə komandanın baş məşqçisi Şahin Diniyev də iştirak edirdi. O, bizə bildirdi ki, yeni yaranmasına baxmayaraq klubun 8 üzvü ayrı-ayrı yaş qrupları üzrə yığma komandalara dəvət alıb. Bu, böyük uğurdur. Demək görülən işlər öz bəhrəsini verir. Seçilən yol düzdür. İlk addım düz olarsa, uğur olacaq. Hesab edirəm ki, Gəncə futbolu düzgün yoldadır. Premyer Lidada 5-6 klub eyni vaxtda Avroliqaya vəsiqə uğrunda mübarizə aparır, belə komandalardan biri də “Kəpəz”dir. Rəqabət olan yerdə futbol da inkişaf edəcək. Bundan da milli komanda qazanacaq. Ənənə, yaxşı idarəçilik olan yerdə peşəkarlar birləşib futbolun inkişafı ilə məşğuldursa, bu tezliklə öz bəhrəsini verəcək. “Kəpəz” Azərbaycan futboluna töhvə vermiş klubdur, gələcəkdə də bu, belə olacaq.
Mənbə: kapazfc.az
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı