“Tam üstünlüyümüzün olduğunu düşünmürəm” – Ukrayna millisinin baş məşqçisi

“Tam üstünlüyümüzün olduğunu düşünmürəm” – Ukrayna millisinin baş məşqçisi
XƏBƏR 1 Mart 2016 / 19:46 2196
-  A +

17 yaşadək futbolçulardan ibarət  Ukrayna millisinin baş məşqçisi Oleksandr Petrakov milimizə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşmanın maraqlı keçdiyini deyib:


“Bu komanda ilə ötən ilin avqustunda da iki yoldaşlıq oyunu keçirmişdik və hər iki qarşılaşma heç-heçə başa çatmışdı. Ümumiyyətlə, Təbriz Həsənovun rəhbərliyi ilə bu yaş qrupunda çıxış edən Azərbaycan yığmasına qarşı indiyə qədər 4 oyun keçirmişdik və heç birində qalib müəyyənləşməmişdi. Bu gün ilk qələbəmizi qazandıq. Bununla belə, tam üstünlüyümüzün olduğunu düşünmürəm. Sona yaxın rəqib bir neçə səhvə yol verdi və biz bundan yararlana bildik. Futbolçularım daha çox oyun praktikası sarıdan əziyyət çəkir”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner