"Kəpəz" Bakıya qayıtdı

"Kəpəz" Bakıya qayıtdı
XƏBƏR 1 Mart 2016 / 13:51 2521
-  A +

Topaz Premyer Liqasının XXIII turunda “Sumqayıt” ilə Gəncədəki görüşdən sonra “Kəpəz” Bakıya qayıdıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun səhəri bərpaedici məşqlə kifayətlənən komanda bir günlük istirahətə buraxılıb və bu gün “sarı-göylər” paytaxtda məşqləri bərpa edəcək.

Gəncə klubu çempionatın 24-cü turunda qarşılaşacağı “Rəvan”la oyunun hazırlığını həftə ərzində Bakıda keçirəcək. Komandanın bu günə təyin olunan məşqi saat 16:00-da başlayacaq.

Qeyd edək ki, martın 6-da keçiriləcək “Rəvan” – “Kəpəz” matçı “Bayıl Arena”da saat 16:00-da start götürəcək. 

Son xəbərlər
topaz banner