"Boka Xuniors" baş məşqçisini qovdu

"Boka Xuniors" baş məşqçisini qovdu
XƏBƏR 1 Mart 2016 / 13:02 2459
-  A +

Argentinanın "Boka Xuniors" klubunun baş məşqçisi Rodolfo Arruabarrena qovulub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna komandanın mövsümə uğursuz start verməsi səbəb olub.

"Boka Xuniors" geridə 5 turdan sonra turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Arruabarrenanın işindən narazı qalan klub rəhbərliyi 40 yaşlı mütəxəssislə yolları ayırıb.

Qeyd edək ki, Arruabarrena 2014-cü ildən "Boka Xuniors"u çalışdırır.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner