Kyellini yenidən zələndi

Kyellini yenidən zələndi
XƏBƏR 29 Fevral 2016 / 15:08 2419
-  A +

"Yuventus" klubunun müdafiəçisi Corcio Kyellini yenidən zədələnib.

Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu A Seriyasının 27-ci turunda "İnter"lə görüşdə (2:0) zədə alıb.

Sağ ayağından zədələnən Kyellini matçın 36-cı dəqiqəsində əvəzlənib. Hələlik Kyellinin hansı müddətə sıradan çıxdığı məlum deyil.

Qeyd edək ki, Kyellini daha öncə zədə səbəbindən üç həftə "Yuventus"a kömək edə bilməyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner