"Son vaxtlar oynamamağım zədə ilə bağlıdır. İki tur öncə "Rəvan”la oyunda zədələnmişdim. Artıq fərdi məşqlərə başlamışam. Bazar ertəsindən komanda ilə hazırlığa qatılacağam”.
Qol.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Zirə”nin futbolçusu Elvin Məmmədov evdə "Neftçi"ni 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra deyib.
Qış fasiləsində "Qarabağ”dan Premyer Liqanın debütantına keçən 28 yaşlı yarımmüdafiəçi tezliklə yaşıl meydanlara qayıtmaq, Azərbaycan milli komandasının martın son 10 günlüyündə Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışınadək məşqçilərin diqqətini cəlb etmək niyyətindədir: "Düzdür, oynamamaq bir az çətindir. Adam çox stress keçirir, komandana kömək etmək istəyirsən. Şükürlər olsun ki, növbəti qələbəmizi qazandıq, "Neftçi”yə qalib gəldik. Komandamı təbrik edirəm”.
Məmmədov son vaxtlar tez-tez klub dəyişməsini normal qarşılayır: "Hərdən klubunu dəyişməli olursan. Bu, normal haldır. Hazırkı klubum "Zirə”də özümü yaxşı hiss edirəm. Kollektivə uyğunlaşmışam. Yaxşı komandamız var. "Zirə”yə keçidimə görə peşman deyiləm. Ümumiyyətlə, heç vaxt peşman olmamışam. Futbol həyatında belədir, yüksəliş də da ola bilər, eniş də”.
Təcrübəli oyunçu mövsümün ilk yarısında "Zirə”yə rəqib idisə, indi onun şərəfini qoruyur. O, hazırkı komandasının uğurlu, xüsusilə evdə məğlubedilməzliyi belə izah edib: "Rəqib kimi oynadığım zaman da "Zirə"də kollektiv oyunun olduğu göz qabağında idi. Baş məşqçinin işi görünür. Komandaya gələndən sonra buna bir daha şahid olursan. Futbolçular qələbə istəkləri hesabına uğur qazanır, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə qadir olduqlarını göstərirlər. Uşaqlar meydanda həqiqətən çox ürəklə oynayırlar. İnşallah, uğurlu çıxışımız davam edər".
Yeni transfer komandada rəqabətdən qorxmadığını vurğulayıb: "Niyə də komandada rəqabət olmasın? Kim daha yaxşı formada olacaqsa, o da əsas heyətdə yer alacaq”.
"Zirə”nin avrokuboklara iştirakı isə sual altındadır. Bu da UEFA-nın qaydalarına görə qitəmiqyaslı turnirə qatılan komandanın ən azı 3 il peşəkar səviyyədə çıxış etməli olması ilə bağlıdır. Ötən mövsüm I Divizionda oynayan "Zirə” peşəkar klub kimi yalnız 2-ci ildir çıxış edir. Məmmədov avrokuboklara buraxılmama təhlükəsinin futbolçulara heç bir psixoloji təsir göstərmədiyini söyləyib: "Rəhbərlik qarşımıza belə məqsəd qoyub ki, siz öz oyununuzu göstərin. Qalan məsələləri özləri həll edəcək. Bu, futbolçulara aid olan sual deyil. Kuboku da nəzərə alsaq, qarşıda hələ çox oyun var. "Zirə” belə davam edərsə, niyə də Premyer Liqada debüt mövsümündə mükafatçı olmasın? Qarşımıza çempionluq məqsədi qoyulmayıb. Sadəcə, öz futbolumuzu oynamaq, gözəl oyun göstərmək, azarkeşlərin, medianın simpatiyasını qazanmaq istəyirik. Çempionluq da gələrsə, niyə də olmasın? Mübarizə aparırıq, ancaq komanda sırf köklənməyib ki, məhz bu il çempion olsun”.
Qeyd edək ki, hazırda 44 xala malik "Zirə" lider "Qarabağ"dan 4 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"