Eddi İsrafilov 90 dəqiqə oynadı

Eddi İsrafilov 90 dəqiqə oynadı
XƏBƏR 28 Fevral 2016 / 10:55 4748
-  A +

İspaniyanın ikinci liqasında 27-ci turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kordoba"   doğma meydanda "Osasuna" ilə qarşılaşıb.

Oyun qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Eddi meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Kordoba" 43 xalla 5-ci pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
25.11.26  01:00

Ronaldodan 987-ci qol

topaz banner