Qarabağın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 23-cü turunda "İnter"lə 1:1 bərabərə qaldıqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- “İnter” ikinci dövrəyə pis başlasa da son matçlarda toparlana bildilər. Ona görə də matçın gərgin keçəcəyini bilirdik. Rəqibin heyətində təcrübəli futbolçuların sayı çoxdur. Bu səbəbdən oyuna nəzarət edən tərəf biz olsaq da, kəsərli hücumlar təşkil etməkdə çətinlik çəkirdik. “İnter” bizi əks hücumda yaxalayıb qol vurdu. Amma matçın sonlarına yaxın olsa da, bərabərlik qolunu vura bildik. Belə komanda ilə səfərdən 1 xalla ayrılmaq pis nəticə deyil.
- Amma etiraf edək ki, oyunda canlanma sona yaxın oldu.
- “İnter” xüsusi sistemlə oynayan bir komandadır. Çox düzgün müdafiə olunurlar və qapalı futbol sərgiləyirlər. Belə matçlarda rəqib üstünə gəlmədikcə, sən nə qədər hücum qursan da çətinlik çəkirsən. Ona görə də hücumda kəsərli ola bilmirdik.
- Qarşılaşmanın sonuna yaxın oyunun əldən getdiyini və “Zirə” ilə xal fərqinin 3-ə enəcəyini düşünürdünüzmü?
- Sözün düzü belə fikir var idi. Çünki qol buraxdıqdan sonra çox əsəbiləşdim. Çünki “İnter” kimi komandalara top vurmaq çətin olur.
- “Qarabağ”ı məğlubiyyətdən sən qurtardın. Oyunun son 10 dəqiqəsini hücumda oynadın. Bu, öncədən düşünülmüş bir plan idi.
- Yox, düşünülmüş bir şey deyildi. Sadəcə Qurban Qurbanov dedi ki, itirəcəyimiz bir şey yoxdur irəli get.
- Növbəti tur “Zirə” ilə qarşılaşacaqsınız. Bu oyunu “final matçı” adlandırmaq olar?
- Yox final oyunu deyil. Aramızda 4 xal fərq var. Qarşıda hələ çox oyunlar qalıb.
- Martın 2-si “Sumqayıt”la kubok matçına çıxacaqsınız.
- “Sumqayıt”la bizi çətin oyun gözləyir. Onlar da bir neçə turdur ki, öz oyunlarını tapıblar.
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir