Azərbaycan Prezidenti Canni İnfantinonu təbrik etdi

Azərbaycan Prezidenti Canni İnfantinonu təbrik etdi
XƏBƏR 27 Fevral 2016 / 22:24 3605
-  A +

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya təbrik məktubu göndərib.
 
Qol.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
 
Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcək.
 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm".


Qarabağ FK
Son xəbərlər
25.11.26  01:00

Ronaldodan 987-ci qol

topaz banner