AFFA səs verdi (FOTO)

AFFA səs verdi (FOTO)
XƏBƏR 26 Fevral 2016 / 17:36 3914
-  A +

İsveçrənin Sürix şəhərindəki FİFA-nın Növbədənkənar Konqresi çərçivəsində qurumun prezidenti vəzifəsinə səsvermə başlayıb.

Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, AFFA adından baş katib Elxan Məmmədov səs verib.

Daha öncə milli assosiasiya seçkidə namizədlərdən UEFA-nın baş katibi Canni İnfantinonu dəstəkləyəcəyini açıqlayıb. Digər namizədlər isə İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın baş katibinin sabiq köməkçisi Jerom Şampandır. Cənubi Afrika Respublikasından olan iş adamı Tokyo Seksvale isə namizədliyini geri götürüb.

Qeyd edək ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elşad Nəsirov da iştirak edir.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər