Azərbaycan millisinin və "Kordoba" klubunun futbolçusu Eddi İsrafilov İspaniyanın "Marca" qəzetinə müsahibə verib.
Qol.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu yeni klubu haqda danışıb.
- "Kordoba"dakı ilk həftələriniz necə keçdi?
- Burada çox xoşbəxtəm və özümü rahat hiss edirəm. Komandaya tam uyğunlaşmışam.
- Komanda səndə necə təəssürat yaradıb?
- Çox bəyənirəm. Fərdi keyfiyyətləri malik çox oyunçuları var. Paltardəyişmə otağında əla atmosfer olur və bu meydandakı oyunumuza da müsbət təsir göstərir.
- "Kordoba"nın La Liqaya yüksəlmək perspektivini nə dərəcədə görürsən?
- Əlbəttə. Bu komanda uzun yol qət edə bilər. Əsas hədəfimiz turnir cədvəlində mümkün qədər irəliləməkdir. "Pley-off"a çıxa bilsək, daha yaxşı olar.
- "Kordobaya" nə qazandıra bilərsən?
- İlk növbədə La Liqadakı oyun təcrübəmlə komandama kömək edərəm. Həmçinin meydanın mərkəzində faydalı ola bilərəm.
- Baş məşqçi Xose Luis Oltra ilə bağlı fikirləriniz necədir?
- O, çox yaxşı məşqçidir. Oltranın işini bəyənirəm. Çünki o, daim yeniliklər axtarır. Həmçinin bizi necə motivə edəcəyini yaxşı bilir.
- Qarşına nə məqsəd qoymusan?
- Əsas məqsədim əsas heyətdə möhkəmlənmək, daha çox oynamaq və inkişaf etməkdir.
- La Liqadan Sequndaya qayıtmağını daha çox oynamaq istəyi ilə əlaqələndirmək olarmı?
- Əlbəttə, doğrudur. La Liqada çox da oynamaq şansı əldə etmədim. Ona görə də “Kordoba”ya keçdim. Düşünürəm ki, bu addımım məndə özünəinam hissini artıracaq.
- "Kordoba"nın aparıcı futbolçularından biri olacağına inanırsan?
- Ümid edirəm ki, hər şey özümdən asılı olacaq. Yaxşı işləsəm və inkişaf etsəm, futbolçu biliyimi və keyfiyyətimi artıracam.
- "Kordoba"ya keçməzdən əvvəl başqa təkliflər var idimi?
- Bir neçə variant var idi. Digər klublardan da təkliflər almışdım. Ancaq onlardan “Kordoba”nın təklifi mənə daha maraqlı gəldi. Düşünürəm ki, təklifi qəbul etməklə düzgün addım atdım.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"