"Qəbələ"dən üç qələbə

"Qəbələ"dən üç qələbə
XƏBƏR 26 Fevral 2016 / 00:57 1973
-  A +

“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda növbəti oyunlarına çıxıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, U-19, U-16 və U-15 komandaları növbəti qələbələrini qazanıblar.

U-19 ev oyununda AZAL-a qalib gəlib – 5:0. Bununla da komanda xal hesabını 34-ə çatdırıb. 13 oyun keçirən “Qəbələ” bu qələbədən sonra turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. U-17 15 oyunda 40 xal toplayaraq, 2-ci pillədə qərarlaşıb. 3 oyun az keçirən “qırmızı-qaralar” çempionatın potensial lideridir.

U-16 ardıcıl 18-ci qələbəsini əldə edib. “Qəbələ” “Zirə”ni 7 cavabsız qolla keçib. Hesabında 54 xal olan komanda 100 faizlik nəticə ilə yarışın lideridir. Xal itirməyən U-15 isə ardıcıl qələbə sayını 25-ə çatdırıb. “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikdən sonra “qırmızı-qaralar”ın xal hesabı 75-ə çatıb.

Daha çox


Son xəbərlər
topaz banner