Təbriz Həsənov: "Qələbə istəyi daha çox idi"

Təbriz Həsənov: "Qələbə istəyi daha çox idi"
ÖLKƏ FUTBOLU 25 Fevral 2016 / 18:51 2212
-  A +

"Birinci oyunla budəfəki qarşılaşmanı müqayisə etsək, fərqin böyük olduğunu görərik".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu  Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Təbriz Həsənov Rusiyanın U-17 millisinə qalib gəldikləri oyundan (1:0) sonra deyib.

T.Həsənov ilk görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətin təsadüfi olduğunu sübuta yetirdiklərini bildirib: "Nizam-intizam qaydasındaydı, futbolçular əzmkarlıq nümayiş etdirdilər, qələbə istəyi daha çox idi. Səhvlərimizi düzəltdik və birinci oyunda qeydə alınan böyükhesablı qələbənin təsadüfi olduğunu göstərdik. İlk qarşılaşmada bəsit səhvlərə yol verdik və nəticədə böyük hesabla yenildik. Futbolçular bundan nəticə çıxardılar və şanslarını dəyərləndirdilər”.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu