"Bərabərsəviyyəli mübarizənin şahidi olduq"

"Bərabərsəviyyəli mübarizənin şahidi olduq"
XƏBƏR 25 Fevral 2016 / 15:24 2392
-  A +

"Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə AFFA-ya minnətdarlığımı bildirirəm. Elit-raund öncəsi bizim üçün yaxşı hazırlıq oldu".
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Macarıstanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Dorotiya Şumi millimizə qalib gəldikləri oyundan (1:0) sonra deyib. 

Şumi bərabərsəviyyəli oyunun keçdiyini bildirib: "Oyuna gəlincə, bərabərsəviyyəli mübarizənin şahidi olduq. İlk oyunla müqayisədə bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq. Gənc futbolçulardan təşkil olunan Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıram”.

Daha çox


Son xəbərlər
topaz banner