“Qəbələ” Futbol Akademiyasının komandaları Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirdə mübarizəyə başlayıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 3 klubun üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın ilk turunda istirahət edən “qırmızı-qaralar” bu gün Fransa “Mets”i ilə üz-üzə gəlib. U-10 komandalarının oyununda Fransa təmsilçisi qalib gəlib – 3:1. “Qəbələ”nin yeganə qoluna İlkin Muradov imza atıb.
U-11-lərin qarşılaşması isə “qırmızı-qaralar”ın qələbəsi ilə nəticələnib – 5:4. Okan Təhməzlinin pokerə imza atdığı oyunda digər qolun müəllifi Elvin Qarayev olub.
U-12-lərin mübarizəsində isə “Mets” üstün olub – 7:1. Fransalıların qapısından qolu Emil Süleymanov keçirib. Komandalar sabah yarışın təşkilatçısı olan “Aspire” akademiyasından olan həmyaşıdları ilə görüşəcək. Oyunların hər üçü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq.
Qeyd edək ki, ilk turda “Aspire” ilə “Mets” qarşılaşıb. Meydan sahibləri U-10-ların oyununda 4:1, U-11-lərin mübarizəsində 2:1 hesabı ilə qalib gəlib, U-12-lərin görüşündə heç-heçə qeydə alınıb – 1:1.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"