"Qəbələ" turnirin qalibi oldu

"Qəbələ" turnirin qalibi oldu
XƏBƏR 23 Fevral 2016 / 16:45 3085
-  A +

“Bakcell U-14 Elit Kuboku” turnirinə yekun vurulub. 

Qol.Az-ın "Qəbələ"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir il əvvəl olduğu kimi turnirin final oyununda “Qəbələ” ilə “İnter” üz-üzə gəlib.
 
Həlledici matça qədər keçirdiyi bütün oyunlarda qalib gələn “qırmızı-qaralar” bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionundakı oyuna 3:1 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci dəfə kubokun sahibi olub.
 
Xatırladaq ki, yarışa A qrupunda başlayan “Qəbələ” Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0, “Sumqayıt”ı 2:0, 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi”ni 3:2 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır