"Xəzər Lənkəran" "Qəbələ" ilə oyuna hazırlaşır

"Xəzər Lənkəran" "Qəbələ" ilə oyuna hazırlaşır
XƏBƏR 23 Fevral 2016 / 13:08 2929
-  A +

“Xəzər Lənkəran” bir günlük istirahətdən sonra bu gün 23-cü turun hazırlığına başlayır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qış fasiləsindən sonra keçirdiyi son iki qarşılaşmada məğlub olan komanda bu dəfə çətin Qəbələ səfərinə yollanacaq.

Fevral ayının 26-na qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək “Xəzər Lənkəran” həmin gün səfərə çıxacaq və bir gün sonra Qəbələdə eyni adlı komanda ilə üz-üzə gələcək. Komandada zədəli və cəzalı futbolçu yoxdur.

Qeyd edək ki, fevralın 27-də keçiriləcək "Qəbələ" - "Xəzər Lənkəran" oyunu saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır