“Kəpəz” məşqləri bərpa etdi

“Kəpəz” məşqləri bərpa etdi
XƏBƏR 22 Fevral 2016 / 22:24 2565
-  A +

Bakının “İnter” klubu ilə Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçirilən oyundan sonra istirahətə buraxılan “Kəpəz” məşqləri bərpa edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iki gün dincələn futbolçular “Sumqayıt” ilə həftəsonu keçiriləcək təqvim oyununun hazırlıqlarına bu gün başlayıblar.

“Sarı-göylər”in ilk məşqi dəniz kənarında baş tutub. Sabahdan başlayaraq isə komanda fevralın 25-nə kimi “Dalğa Arena”da məşq edəcək.

Fevralın 26-da Gəncəyə gələcək “Kəpəz” oyun öncəsi son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaqlar.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır