Arsen Venger: "Barselona" ideal komanda deyil"

Arsen Venger: "Barselona" ideal komanda deyil"
XƏBƏR 22 Fevral 2016 / 19:27 8950
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının  1/8 finalında "Barselona" ilə oyun öncəsi mətbuat konfransı keçirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis meydana qələbə üçün çıxacaqlarını deyib:

"Bütünü gücümüzü göstərmək üçün fürsətimiz var. Müdafiədə yaxşı oynamalıyıq. Futbolçularımın zəkasına güvənirəm. Keçmişdəki səhvlərimizdən nəticə çıxarmalıyıq".

Təcrübəli mütəxəssis "Barselona"nın ideal komanda olmadığını bildirib:

"Özümüzə inanmalıyıq. Dünyada heç bir komanda ideal deyil. Bütün şanslardan istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, "Arsenal" - "Barselona" oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner