Rahid Əmirquliyev: "Tam formada deyiləm"

Rahid Əmirquliyev: "Tam formada deyiləm"
ÖLKƏ FUTBOLU 21 Fevral 2016 / 00:17 5017
-  A +

"Bilirdik ki, çox çətin qarşılaşma olacaq. "Neftçi"nin hazırda turnir cədvəlində aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, həmişə yaxşı komanda olub. Qələbə qazandığımıza görə çox şadıq. Oyun zamanı bəzi istəklərimizi həyata keçirə bilmədik. Əsas odur ki, 3 xalı qazanmağa nail olduq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Topaz Premyer Liqanın 22-ci turunda "Neftçi"ni məğlub etdikləri (2:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Qarabağ"ın heyətində debüt edən futbolçu öz oyunu haqqında fikirlərini bildirib: "Zədə səbəbindən 1 ay idi ki, oynamaq şansı qazanmırdım. Tam formada deyiləm. Çalışacam ki, formamı bərpa edim və komandaya tam gücümlə kömək edim".
 
"Qarabağ" - "Neftçi" matçına marağın böyük olduğunu bildirən millimizin üzvü deyib: "Özünüz də gördünüz ki, Azərbaycan derbisinə maraq böyük idi. Bir neçə il öncə Azərbaycanda ən reytinqli oyun "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçirilirdi. Amma Lənkəran təmsilçisinin son durumu hazırda həmin intriqanı yarada bilmir".

Daha çox


Son xəbərlər