Ronaldo ən yaxşı hücumçuların adlarını açıqladı

Ronaldo ən yaxşı hücumçuların adlarını açıqladı
XƏBƏR 19 Fevral 2016 / 14:46 12179
-  A +

Braziliya millisinin sabiq üzvü Ronaldo hazırda dünyanın ən yaxşı mərkəz hücumçularının adlarını açıqlayıb.

Qol.Az-ın "Calciomercato"ya istinadən verdiyi məlumata görə, Ronaldo üç futbolçunu fərqləndirib.

"Üç futbolçunu qeyd edə bilərəm. Bunlar Robert Levvandovski, Luis Suares və Kərim Benzemadır. Birgə oynadığım ən yaxşı futbolçulara gəlincə, birini fərqləndirməyim mümkün deyil.

Uzun siyahı tuta bilərəm. Ancaq ağlıma Nesta, Zanetti, Pirlo, Maldini, Fiqu, Raul, Baco və Stoiçkov kimi futbolçular gəlir. Bununla belə, Braziliya millisində də birgə oynadığım xeyli yüksək səviyyəli futbolçular olub". 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner