"Çelsi" Konte ilə danışıqlara başladı

"Çelsi" Konte ilə danışıqlara başladı
XƏBƏR 19 Fevral 2016 / 13:47 4757
-  A +

Mövsümün sonu hazırkı baş məşqçisi Quus Hiddinklə yolları ayıracağı gözlənilən "Çelsi" İtaliya millisinin çalışdırıcısı Antonio Konte ilə danışıqlara başlayıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı London klubunun rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında  Romada görüş keçirilib. Ancaq danışıqlar necə bitdiyinin məlum olmadığı bildirilib.

"Çelsi"nin sahibi Roman Abromoviçin klubda yeni baş məşqçi vəzifəsinə əsas namizəd kimi A.Konteni gördüyü qeyd olunur.

Əlavə edək ki, "Çelsi"də baş məşqçi vəzifəsinə digər namizədlərin Massimiliano Alleqri və Dieqo Simeone olduğu iddia edilir.


Qarabağ FK
Son xəbərlər
25.11.26  01:00

Ronaldodan 987-ci qol

topaz banner