Kanales “Qarabağ”a qarşı oynayacaqmı?

Kanales “Qarabağ”a qarşı oynayacaqmı?
XƏBƏR 19 Fevral 2016 / 12:45 5775
-  A +

"Komandamızda vəziyyət normaldır, növbəti oyuna hazırlaşır. Kanales hələ ki, tam hazır deyil. Buna baxmayaraq, əvvəllər uzun müddət doğma komandasında çıxış etdiyi üçün ab-havaya yaxşı bələddir”.

Qol.Az-ın supersport.az saytına istinadən yaydığı xəbərə görə, bunu “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib. 

“Onun köməyindən faydalana biləcəyimi düşünürəm. Tezliklə Kanalesi meydanda görmək istəyirik. Ola bilər ki, təcrübəsi və ustalığına bələd olduğumuz Kanales qarşıdakı oyunda iştirak etsin" - deyə, təcrübəli mütəxəssis bildirib.

Qeyd edək ki, Topaz Premyer Liqanın 22-ci turunun “Qarabağ” – “Neftçi” oyunu fevralın 20-də keçiriləcək.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır