Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu fevralın 19-da üçüncü görüşünə çıxacaq.
Qol.Az-ın məlumatına görə, komandamızın rəqibi “Puerto Riko Hurricanes” olacaq. Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib.
Döyüşün uelsli supervayzeri Devid Frensis sabah 4 görüşün keçiriləcəyini bildirib. Qonaq komandanın 49 kq çəki dərəcəsindəki təmsilçisi Antoni Ortiz xəstələndiyi üçün Bakıya gələ bilməyib.
“Puerto Riko Hurricanes”in baş məşqçisi Con Dovi boks həvəskarlarını maraqlı görüş gözlədiyini bildirib. O, qarşılaşmaya 0:1 hesabı ilə geridə başlamalarının komandaya mənfi təsir etməyəcəyini söyləyib.
“Baku Fires”-in baş məşqçisi Nuripaşa Talibov azarkeşləri Boks Mərkəzinə dəvət edərək, boksçulara dəstək olmağa çağırıb:
“Qubada bizim görüşlər zamanı tribunalar tam dolurdu. Nədənsə, Özbəkistan komandası ilə qarşılaşmada arenanın yarısı boş idi. Boks sevərləri “Baku Fires”in görüşünə baxmağa çağırıram. Əminəm ki, gəlməyinizə peşman olmayacaqsız”.
Komandamızın baş məşqçisi Abdulqadir Abdullayevin heyətə cəlb olunmasına da aydınlıq gətirib:
“Abdullayev artıq xeyli vaxtdır ki, milli komandanın düşərgəsindədir. Əslində biz onu heyətə daxil etmək istəmirdik. Sadəcə mayda APB və WSB boksçuları arasında Bolqarıstanda lisenziya turniri olacaq. Qaydalara görə, həmin boksçular bu mövsüm heç olmasa bir dəfə rinqə çıxmalıdırlar. Həm də Abdullayevlə komandamız daha güclü təsir bağışlayır”.
Talibov bu dəfə də 56 kq çəki dərəcəsində Qazaxıstanda məğlub olan Yaraş Məhəmmədova şans verməsinə aydınlıq gətirib:
“Həmin çəkidə bizdə Məhəmməd Qurbanov da var. Amma o hazırda bərpa dövrü keçir. Yaraş da yaxşı boksçudur. Qazaxıstanda isə həm rəqibi güclü idi, həm də təcrübəsizlikdən uduzdu”.
64 kq çəki dərəcəsindəki təmsilçimiz Heybətulla Hacıəliyev rəqibi Jan Riveranı yaxşı tanıdığını deyib: “Puerto rikolu boksçu bu mövsüm ilk görüşünə çıxacaq. Amma ötən çempionatda o komandanın əsas üzvlərindən idi. Kifayət qədər güclü boksçudur. Mən də yaxşı hazırlıq keşmişəm və inanıram ki, qalib gələcəm”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu