İbrahimoviçdən antirekord

İbrahimoviçdən antirekord
XƏBƏR 17 Fevral 2016 / 18:04 8784
-  A +

Çempionlar Liqasının 1/8 finalının "Çelsi" ilə ilk oyununda (2:1) sarı vərəqə ilə cəzalandırılan PSJ-nin hücumçusu Zlatan İbrahimoviç turnirin antirekorduna imza atıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, isveçli forvard Parisdə baş tutan matçın 19-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Bu, 34 yaşlı futbolçunun turnirdəki 21-ci sarı vərəqəsi olub. Bununla da, İbrahimoviç hücumçular arasında turnirin ən çox sarı vərəqə ilə cəzalandırılan futbolçusu ünvanını ələ keçirib. 

Qeyd edək ki, bu göstəricidə ikinci pillədə "Çelsi"nin sabiq hücumçusu Didye Droqba qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner