“Qəbələ”dən daha bir rəsmi transfer

“Qəbələ”dən daha bir rəsmi transfer
ÖLKƏ FUTBOLU 17 Fevral 2016 / 15:55 10665
-  A +

Millimizin futbolçusu Pavel Paşayevin “Qəbələ”yə keçidi həll olunub.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Zaparojye “Metallurq”u 27 yaşlı müdafiəçinin sənədlərini göndərib.

Onunla bugünlərdə müqavilə imzalanacaq. Müqavilənin müddəti 4 aylıq olacağı gözlənilir. Hazırda futbolçunun adının Topaz Premyer Liqada iştirak ərizəsinə əlavə edilməsi üçün işlər görülür.

Qeyd edək ki, P.Paşayev ötən ildən millimizə dəvət alır. Ukraynanın U-17, U-19, U-21 və A millisində forma geyən müdafiəçi yığmamızda 1 rəsmi oyunda meydana çıxıb. O, son olaraq Ukraynanın “Metallurq” (Zaporojye) klubunda çıxış edib. 

Xatırladaq ki, "Qəbələ" qış transfer pəncərəsi dönəmində "Kəpəz"dən Rəşad Eyyubovu da transfer edib.

Daha çox


Son xəbərlər