Prosineçki: "Millinin oyunları Gəncədə keçirilsə..."

Prosineçki: "Millinin oyunları Gəncədə keçirilsə..."
ÖLKƏ FUTBOLU 16 Fevral 2016 / 16:39 7617
-  A +

“Kəpəz” cari mövsümdə çox yaxşı təsir bağışlayır, uğurlu nəticələr qazanır. Belə çıxış bizim diqqətimizi çəkməyə bilməz".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Kəpəz" klubunun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 21-ci turunda baş tutan "Kəpəz" - "Qarabağ" matçını (1:2) stadiondan canlı izləyən xorvatiyalı çalışdırıcı öncə Gəncə klubunun çempionatdakı çıxışına münasibət bildirib: "Bu komandada yaxından izlədiyim oyunçular var. Onlardan bəzilərini ötən il millinin heyətinə cəlb etmişdim. İndi də yığmada görmək istədiyim futbolçular var. Hələlik onların adını çəkmək istəmirəm. Çünki bu haqda danışmaq bir qədər tezdi. Zamanı gələndə heyəti açıqlayacağıq və onda adlar məlum olacaq”.
 
“Qarabağ”la oyunda qol vuran Namiq Ələsgərovun çıxışı Prosineçkini ürəyincə olub. Yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirən çalışdırıcı millinin qapılarının onun üzünə açıq olduğunu deyib: "Meydanda olan milli üzvlərindən razı qaldım. Bu mənada Namiqi ayrıca qeyd etmək istərdim. Bilirsiz ki, ötən il bu futbolçunu Maltaya qarşı oyunda milliyə dəvət etmişdim. Təəssüflər olsun ki, həmin görüşdə ağır zədələndi və bir neçə ay idi ki, futboldan kənarda qalmışdı. Çox xoşdur ki, uzun fasilədən sonra Namiq yaxşı formada meydançaya qayıdıb. Mən buna ancaq sevinirəm. Bu cür çıxışını davam etdirsə və zədə ilə bağlı çətinliyi olmasa, onu gələn ay Türkiyədə keçiriləcək təlim-məşq toplanışına çağıracağam”.
 
Azərbaycan yığma komandasının baş məşqçisi Gəncədə azarkeş çoxluğundan razılıqla bəhs edib. Prosineçki “Kəpəz” fanatlarının möhtəşəm olduğunu vurğulayıb: “Mən Gəncədə çılğın və böyük azarkeş ordusu gördüm. Onların komandaya böyük dəstək verməsi və ümumiyyətlə, stadiona bu qədər fanatın gəlməsi çox sevindicidir. İnanıram ki, millinin oyunları bu stadionda baş tutsa, görüşləri izləmək üçün daha çox azarkeş gələcək. Bu qədər azarkeş onu göstərir ki, Gəncədə insanlar futbolu çox sevirlər".

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq