Lənkəranda AFFA-nın təşkilatçılığı ilə U-11, 12, 13, 14 və 15 yaşlı futbolçular arasında keçirilən sona yarışının qış fasiləsi davam edir.
Qol.Az-ın "Region TV"yə istinadən yaydığı xəbərə görə, çempionatda iştirak edən astaralı futbolçular da ikinci dövrənin hazırlığını yekunlaşdırmaq üzrədir.
Astara rayon Uşaq Gənclər İdman Məktəbinin 5 yaş qrupunda olan futbolçuları cənub bölgəsi üzrə Lənkəranda keçirilən zona yarışının ilk dövrəsini uğurla başa vurub. Komanda hər yaş qrupu üzrə turnir cədvəlinin ilk üçlüyündə qərarlaşab.
Astaralı futbolçular ikinci dövrəyə də çox ciddi hazırlaşır. Həftənin üç günü bir araya gələn azyaşlılar əsasən taktiki-texniki plan üzrə təlim keçir.
Astara rayon UGİM-in məşqçi-müəllimi Qəhrəman Mirzəyev bildirib:
“Uşaqları hazırlaşdırdıq. Qış fasiləsində biz fürsətdən istifadə edib Bakıda turnirdə də iştirak etdik. Həmin turnirdən yaxşı nəticələrlə qayıtdıq”.
Komanda finala qədər olan mərhələni də uğurla başa vurmaq niyyətindədir. Onlar yekunda hər yaş qrupu üzrə ilk üç yerdən birini tutacağı halda finala vəsiqə qazanmaq şanslarını artıracaqlar.
Qəhrəman Mirzəyev bildirib ki, martın ortalarında Lənkəran zonası ilə Cəlilabad zonası üçlük olacaq:
"Həmin bu üçlüklər də birləşib altılıqlar olacaq. Deməli, altılıqda oynayacağıq. Bu altılıqda fikrimiz var ki, ya birinci, ya da ikinci yeri tutub, respublika çempionatının final mərhələsinə çıxaq”.
O deyib ki, artıq hər il davamlı olaraq zona yarışının keçirilməsi Astarada uşaqların futbola olan marağını artırır:
"AFFA-nın təşkil etdiyi bu futbol yarışının bizə də çox təsiri olur. Çünki bizim rayonda futbol getdikcə inkişaf edir”.
Hazırda Astara rayon Uşaq Gənclər İdman Məktəbinin yetirmələrindən “Xəzər Lənkəran”, “Qəbələ” və “Bakı” klublarında top qovan futbolçular var. Qəhrəman Mirzəyevin əsas istəyi isə futbolçularının milli komandada oynamasıdır. n onu
Q.Mirzəyev onu da deyib ki, əgər Premyer Liqada Astara komandası da olarsa, bu istiqamətdə onların işi daha da asanlaşacaq.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri