Bakıda UEFA-nın seminarı olacaq

Bakıda UEFA-nın seminarı olacaq
XƏBƏR 16 Fevral 2016 / 12:26 1776
-  A +

Fevralın 17-də və 18-də  Bakıda AFFA-nın təşkilatçılığı ilə klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı keçiriləcək.
 
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA-nın nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssislərinin iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
 
- Ötən Lisenziyalaşdırma mövsümünün icmalı və təhlili
- FİFA və UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının müzakirəsi
- Lisenziyalaşdırma sisteminin inkişaf perspektivləri
 
Seminarda AFFA-nın lisenziyalaşdırma qrupunun və “Qəbələ” İdman Klubunun nümayəndələri çıxış edərək Azərbaycanda Lisenziyalaşdırma sesteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarına məlumat verəcəklər.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır