Valdes "Portu"da Kasilyası əvəzləmək istəyir

Valdes "Portu"da Kasilyası əvəzləmək istəyir
XƏBƏR 16 Fevral 2016 / 02:54 5090
-  A +

"Mançester Yunayted"in qapıçısı Viktor Valdes yeni mövsümdən komandasını dəyişə bilər.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hazırda icarə əsasında Belçika "Standart"ında çıxış edən ispaniyalı qolkiper Portuqaliyaya üz tutmaq niyyətindədir.

Valdes bu ölkənin "Portu" klubunun şərəfini qorumaq istəyir. "Portu"nun mövsümün sonunda İker Kasilyasla yolları ayıracağı ilə xəbərlərin yayılması Valdesi ümidləndirib.

Qeyd edək ki, Valdeslə "Sportinq" və "Mançester Siti" klubları da yaxından maraqlanır.


Qarabağ FK
Son xəbərlər
25.11.26  01:00

Ronaldodan 987-ci qol

topaz banner