"Baş məşqçidən əvəzlənməyimi istədim" – Elvin Məmmədov

"Baş məşqçidən əvəzlənməyimi istədim" – Elvin Məmmədov
ÖLKƏ FUTBOLU 16 Fevral 2016 / 01:35 4236
-  A +

"Əvvəlcədən zədəm var idi. Amma özümü yaxşı hiss edirdim. Heç bir problem yox idi. Sadəcə oyundan bir-iki gün öncə az da olsa, ağrılar hiss edirdim. Amma dünən məşq etdim və hər şey qaydasında idi".

Bu sözləri Qol.Az-a açıqlamasında "Zirə"nin futbolçusu Elvin Məmmədov Topaz Premyer Liqasının 21-ci turunda "Rəvan"a qalib gəldikləri oyundan sonra deyib.

E.Məmmədov "Rəvan"la görüşdə əvəzlənməsinə belə aydınlıq gətirib: "Rəvan"la matçın ilk dəqiqlərindən hiss etdim ki, oynaya bilmirəm. Baş məşqçidən əvəzlənməyimi istədim. Zədəmin hansı durumda olduğuna tibbi müayinədən sonra aydınlıq gələcək. Süni ot örtüklü meydançada oynamaq bir qədər çətindir. Ardıcıl 2-3 oyundur oynayıram və çətinliyi hiss edirəm. Bu hər zaman belə olub. Çünki əzələlər hazır olmur".

Qeyd edək ki, Elvin Məmmədov zədə səbəbindən "Rəvan"la matçın 14-cü dəqiqəsində əvəzlənib.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu