"Mançester Yunayted"də ciddi itki

"Mançester Yunayted"də ciddi itki
XƏBƏR 15 Fevral 2016 / 14:11 4467
-  A +

"Mançester Yunayted" ciddi itki ilə üzləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar"ın müdafiəçisi Matteo Darmian zədələmib.

"Sanderlend"lə Premyer Liqa matçında çiynindən zədə alan italiyalı futbolçu oyunu davam etdirə bilməyib. Görüşün 37-ci dəqiqəsində əvəzlənən Darmianın hansı müddətə sıradan çıxdığı məlum deyil.

Qeyd edək ki, "Sanderlend" - "Mançester Yunayted" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner