"Neftçi" rəhbərliyinin komandanın sabiq futbolçu Emil Mpenzaya borc ödənişinə dair əldə etdiyi razılığın təfərrüatları açıqlanıb.
Qol.Az-ın"Report"a istinadən yaydığı xəbərə görə, bu barədə klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, belçikalı hücumçuya ödəniş gecikmə faizləri və məhkəmə borcları ilə birgə 1,1 milyon dollar təşkil edir. Bu məbləğ 5 hissəyə bölünüb və ilin sonunadək müvafiq hesaba köçürüləcək. Z.Qəhrəmanov bildirib ki, artıq razılaşmaya Mpernzanın vəkili də imza atıb: "Pulu vaxtında ödəsək, klubumuza heç bir sanksiya tətbiq olunmayacaq. Əvvəlki və ya indiki rəhbərlik söhbəti ola bilməz, borcu "Neftçi" klubu ödəyəcək".
Qeyd edək ki, Emil Mpenza 2010-cu ilin yayında İsveçrənin "Sion” klubundan "Neftçi”yə transfer olunub. O, 2012-ci ilin yanvarında flaqmanın düşərgəsindən ayrılıb. Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə "Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilib. 2012-ci il martın 13-də "Neftçi” FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırıb. Mpenza da öz növbəsində FİFA qarşısında əks-iddia qaldıraraq, klubdan təzminat tələb edib. 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 2015-ci il yanvarın 21-də FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarıb. Bu qərarla əlaqədar iyulun 15-də "Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlayib. CAS Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlayıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu