“Onun oyunundan həzz alıram” – Prosineçki

“Onun oyunundan həzz alıram” – Prosineçki
ÖLKƏ FUTBOLU 14 Fevral 2016 / 17:18 10840
-  A +

"Meydança ideal vəziyyətdə olmasa da, oyun xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı. Matçdan razı qaldım".

Qol.Az-ın xəbərinə görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 21-ci turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:2) sonra “CBC Sport” kanalına müsahibədə deyib.

O, “Kəpəz”in bu oyunda qol vuran oyunçusu Namiq Ələsgərov haqda suala belə cavab verib: “Namiq Malta ilə oyunda zədələnib uzun müddət yaşıl meydandan kənarda qalsa da, sevinirəm ki, bu gün o, klubunda yaxşı oynayır. Onun oyunundan həzz alıram. Namiq Azərbaycanın ən istedadlı futbolçularından biridir”.

R.Prosineçki mart ayında millinin təlim-məşq toplanışına dəvət edəcəyi futbolçular haqda danışmaq istəməyib: “U-21-dən milliyə layiqli oyunçular var. Amma ümumilikdə təlim-məşq toplanışımıza hələ 1 ay qalır. Ona görə də gəlin hələlik qarşıdakı hazırlığa kimi dəvət edəcəyimə toxunmayaq”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu