Şahin Diniyev: "Ədalətli nəticə heç-heçə idi"

Şahin Diniyev: "Ədalətli nəticə heç-heçə idi"
ÖLKƏ FUTBOLU 14 Fevral 2016 / 17:14 4132
-  A +

"Maralı oyun oldu. "Qarabağ"ı təbrik edirəm. Həm azarkeşlər, həm də Premyer Liqa üçün səviyyəli oyun alındı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 21-ci turunda "Qarabağ"a uduzduqları  oyundan (1:2) sonra "CBC Sport" kanalına açıqlamasında deyib. 

Şahin Diniyev bu görüşdə ədalətli nəticənin heç-heçə olduğunu bildirib: "Bəxtsizlik oldu. Ədalətli nəticə heç-heçə idi. Bununla belə, futbolçulara təşəkkür edirəm. Çalışacağıq ki, növbəti oyunlarda bugünkü kimi səhvlər etməyək.

Qarşıda hələ 15 tur var. 2-3 oyun turnir cədvəlində komandaların yeri dəyişəcək. İlk dörd pillə uğrunda 8 komanda yarışır. İstəyimiz odur ki, Avroliqaya vəsiqə qazanaq. Amma indidən bu haqda danışmaq tezdir".

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu